EN

Kamilo Duran: “Benfika” ilə matçda çox çalışdıq və 3 xal qazandıq”

“Qarabağ”ın futbolçusu Kamilo Duran UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Portuqaliya klubları arasındakı qarşılaşma ötən axşam Lissabonda baş tutub.

Ağdam təmsilçisi səfərdə 0:2 hesabıyla geri düşməsinə baxmayaraq, yekunda 3:2 hesablı əzmkar qələbəyə sevinib.

Kamilo Duran da bu matçda 1 qolla yadda qalıb. O, matçdan sonra “Sport” TV-yə açıqlamasında bunkları deyib.

“Bu qələbə bizi çox sevindirir. Şükürlər olsun ki, qol vura bildim. Asan olmayacağını bilirdik, amma çox çalışdıq və üç xalı qazandıq. Qarşılaşmaya diqqətsiz başladıq və hesabda 0:2 geriyə düşdük. Amma sona qədər təslim olmadıq. Oyun ərzində irəliyə doğru oynamağa çalışdıq və istəyimizə çatdıq”.

error: Məzmun qorunur!
Chosen
30
5
arena.az

10Sources