EN

Türkiyədə Azərbaycan dövlət nömrə nişanlı avtomobil qəzaya uğradı

Türkiyənin Iğdır vilayətinin Tuzluca rayonunda yerli və Azərbaycan dövlət nömrə nişanlı iki avtomobil toqquşub.

Avtosfer.az bu bardı İHA agentliyinə istinadla xəbər verir.

Bildirilir ki, rayon ərazisindən keçən yolda təmir işləri aparıldığına görə, nəqliyyat vasitələri yalnız bir zolaqda hərəkət etməli olublar.

Yüksək sürətlə hərəkət edən hər iki avtomobilin toqquşması nəticəsində altı nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Fakt üzrə araşdırma aparılır.

Chosen
5
2
avtosfer.az

3Sources