"Qarabağ" Azərbaycan futbolunun gücünü Avropaya göstərib.
Far.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
O, Heydər Əliyev Hava Limanında komandanın qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlama verib:
"Bu, böyük zəfərdir. Xalqımıza və Prezident İlham Əliyevə həsr edirik. Qürur duyuruq. "Qarabağ"ın sistemi və illərin təcrübəsi var. Bu, klubdakı birliyin nəticəsidir. Avrokuboklarda 9 matçda uduzmamışıq. Möhtəşəm klubuq".
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2.