EN

"Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb

"Tamar" qaz layihəsinə görə azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb

Bu ilin ilk yarısında Azərbaycanın İsrailə yatırımları 542 milyon dollara çatıb.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

O bildirib ki, əsas səbəb Azərbaycanın Aralıq dənizdə İsrailin "Tamar" qaz layihəsinə yatırımı ilə bağlı olub.

İnvestisiyanın böyük hissəsi bununla bağlıdır.

Qeyd edək ki, nəticədə İsrail bu ilin ilk yarısında Azərbaycanın ən çox yatırım etdiyi ölkə olub.

Əlavə edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 31 yanvar 2025-ci il tarixində “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 faiz payın alınması üzrə müqavilə imzalayıb.

Daha sonra bu müqavilə İsrailin Neft Şurası və Antiinhisar İdarəsi tərəfindən təsdiqlənib.

Bununla da, SOCAR İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində 10 faiz paya sahib olub, İsrailin təbii qaz bazarına çıxış imkanı qazanıb.

Chosen
49
2
xalqcebhesi.az

3Sources