EN

Qadağa var, amma özbaşınalıq davam edir Bakıda yol qaydaları tırlara işləmir?

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Tırların şəhər içi hərəkəti müəyyən saatlarda olsa da, təəssüf ki bəzi yük avtomobili sürücüləri buna əməl etmirlər. 

Milli.Az xəbər verir ki, ötən gün paytaxtda səhər saatlarında yolda olan yük avtomobili tıxacı daha da artırıb. 

Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, tır sürücülərinin məsuliyyətini yalnız sürücü yox, aid olduğu şirkət də daşıyır:

"Tırların hərəkətinə yol polisi nəzarət edir. Həmçinin, tır sürücülərinin özlərinin marşrut xətti olur. Əgər onlar həmin xəttdən kənara çıxarlarsa, bu halda cərimələnə bilərlər. Hər bir tır avtomobili yolda 20-30 avtomobilin hərəkətinə mane olur". 

Həmin saatda tır avtomobilinin niyə olduğu ilə bağlı BDYPİ-yə sorğu ünvanladıq. 

Sorğuya cavab olaraq bildirildi ki, tır avtomobili öz marşrut xəttindən kənara çıxmayıb. 

"Həmin saatda yol tıxac olduğuna görə tır da tıxacda ilişib. Onların yoldan çıxarılması isə çox çətin və vaxt aparan prosesdir. Belə ki, çəkisi 8 tondan çox olan yük maşınlarının şəhərə girişi saat 22.00-dan 08.00 kimi təyin edilib. Eyni zamanda yanacaq daşıyan yük maşınları isə 00.00-dan 06.00 kimi nəzərdə tutulub". 

Aysel Əkbər

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
2
news.milli.az

3Sources