EN

Masazır və Xırdalanda qiymətlər Bakıdan niyə bahadır?

Son illər insanlar hazır mənzillərlə yanaşı tikintisi başa çatmayan mənzilləri də almağa üstünlük verirlər. Belə mənzillərə tələbat isə qiymət artımına səbəb olur. 

NOCOMMENT.az milli.az-a istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son bir ildə belə tip mənzillərin qiyməti 30-50 faiz artıb:

“Mərkəzə yaxın ərazilərdə əvvəllər mənzillərin kvadratı 800-1200 manat arası dəyişirdisə, hazırda bu rəqəm 1500-2000 manatdır. Buna səbəb isə mərkəz və mərkəzə yaxın ərazilərdə artıq bina tikilməsi üçün torpaq sahələrinin qalmamasıdır. Tikinti şirkətləri daha çox yaşayış massivlərini sökərək həmin ərazilərdə yeni binalar inşa edirlər, bu xərcləri də tikinti şirkətləri qarşılayır. Buna görə də qiymətlər artır”.

Ekspertin sözlərinə görə, əhalinin sıx yaşadığı ərazilərdə də qiymət artımı özünü göstərir. Bakının müxtəlif ərazilərdə baş verən çöküntülərə görə, vətəndaşların böyük qismi Bakı ətrafı ərazilərə üz tuturlar, ona görə də Xırdalan, Masazır, Sumqayıtda əmlakların satış qiymətləri faiz dərəcələri nisbətindən paytaxtdan daha çox hesablanır. 2040-ci ilə Bakı şəhəri baş planda təsvir olunduğu formada olacaq.

Chosen
6
8
nocomment.az

9Sources