EN

Deputat univetsitetlərdə qiymət artımına münasibət bildirib

Milli Məclisin deputatı Elman Nəsirov ali təhsil müəssisələrində təhsil haqlarının artımı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O qeyd edib ki, bəzi universitetlərdə baş verən qiymət artımı insan hüquqları kontekstindən qiymətləndirilməlidir.

“Mətbuatda bir sıra ali məktəblərin təhsil haqlarını artırdığı haqda məlumatlar görürük. Bu, insan hüquqları nöqteyi-nəzərindən siqnal xarakteri daşıyır və Milli Məclis bu məsələ ilə bağlı mövqeyini açıqlamalıdır,” – Nəsirov vurğulayıb.

Deputat hesab edir ki, təhsil haqları məsələsində şəffaflıq, ictimai razılaşma və sosial həssaslıq təmin olunmalıdır.

Gülnar Nazimqızı 

Chosen
41
anews.az

1Sources