EN

İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dövlət reyestrində qeydiyyata alınacaq

Bakı. Trend:

İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnundəyişdirilməsi mexanizmi təkmilləşdirilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən“İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Bildirilib ki, mövcud qanunda bu hüququn ipoteka saxlayanlararasında müqavilə əsasında dəyişdirilə bilməsi nəzərdə tutulub.Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsindəüstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariatqaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrindəqeydiyyata alınması təklif olunur.

Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsindəüstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdəhüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakınrəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günümüddətində qeydə alınacaq. Həmçinin ipotekaya dair tələblərinödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumuüstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindənödəniləcək.

Vurğulanıb ki, ipotekaya dair tələblərin ödənilməsində üstünlükhüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin dahaişlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanınhüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.

Qeyd edilib ki, qanun layihəsinin qəbul edilməsi nəticəsindəipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmazəmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə buhüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təminediləcək.

Chosen
28
11
az.trend.az

10Sources