EN

“Solo Gənclik” layihəsi yeni mövsümə start verir


“İRƏLİ” Mədəniyyət Mərkəzinin təşkilatçılığı, “Artefakt” təşəbbüs qrupunun tərəfdaşlığı və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə keçirilən “Solo Gənclik” layihəsi yeni mövsümə başlayır. “İRƏLİ” İctimai Birliyinin həyata keçirdiyi "Solo Gənclik" layihəsində İştirak etmək istəyənlər üçün qeydiyyat artıq açıqdır. Layihənin əsas məqsədi gənc yaradıcı fərdlərə təkbaşına səhnəyə çıxmaq imkanı vermək, onların sənət dili ilə cəmiyyətə öz töhfələrini təqdim etmələrini stimullaşdırmaqdır. Musiqi başda olmaqla, müxtəlif mədəni ifadə formalarını bir araya gətirən "Solo Gənclik" həm klassik, həm də çağdaş yanaşmaları cəmləşdirərək çoxçeşidli gənc profillər üçün çıxış imkanları yaradır.
Ötən mövsüm ərzində layihə uğurla davam etdirilmiş, müxtəlif muzeylərdə ümumilikdə 20 konsert təşkil olunmuşdur. Bu konsertlərdə gənc musiqiçilər öz istedadlarını tamaşaçılara təqdim edərək, mədəniyyətimizin zənginliyinə və gənclərin yaradıcılıq potensialına diqqət çəkmişlər.

  • Konsertlər müxtəlif muzeylərdə keçiriləcək.
  • Layihəyə 16–29 yaş arası musiqiçilər (vokal və ya instrumental ifaçılar, solo və s.) müraciət edə bilərlər.
  • Qeydiyyat üçün keçid linki: https://shorturl.at/uJVmG
Chosen
52
4
baki-xeber.com

5Sources