AZ

“Solo Gənclik” layihəsi yeni mövsümə başlayır

Bakı, 17 sentyabr, AZƏRTAC

“İrəli” Mədəniyyət Mərkəzinin təşkilatçılığı, “Artefakt” təşəbbüs qrupunun tərəfdaşlığı və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə keçirilən “Solo Gənclik” layihəsi yeni mövsümə başlayır.

AZƏRTAC xəbər verir ki, “İrəli” İctimai Birliyinin həyata keçirdiyi "Solo Gənclik" layihəsində İştirak etmək istəyənlər üçün qeydiyyat açıqdır.

Layihənin əsas məqsədi gənc yaradıcı fərdlərə səhnəyə çıxmaq imkanı vermək, onların sənət dili ilə cəmiyyətə öz töhfələrini təqdim etməyini stimullaşdırmaqdır. Musiqi, eləcə də müxtəlif mədəni ifadə formalarını bir araya gətirən "Solo Gənclik" həm klassik, həm də çağdaş yanaşmaları cəmləşdirərək çoxçeşidli gənc profillər üçün çıxış imkanları yaradır.

Ötən mövsüm ərzində layihə uğurla davam etdirilib, müxtəlif muzeylərdə ümumilikdə 20 konsert təşkil olunub. Həmin konsertlərdə gənc musiqiçilər öz istedadlarını tamaşaçılara təqdim edərək, mədəniyyətimizin zənginliyinə və gənclərin yaradıcılıq potensialına diqqət çəkiblər.

Konsertlər müxtəlif muzeylərdə keçiriləcək.

Layihəyə 16–29 yaş arası musiqiçilər (vokal və ya instrumental ifaçılar, solo və s.) müraciət edə bilərlər.

Qeydiyyat üçün keçid linki: https://shorturl.at/uJVmG

 

Seçilən
5
4
azertag.az

5Mənbələr