EN

Paşinyan II Qareginə ƏVƏZ TAPDI SEÇKİ OLACAQ

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan öz təşəbbüsü ilə keçirilən bütün ermənilərin katolikosu seçkilərində Ovanavank monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləmək qərarına gəlib. Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-i yazır.Qeyd olunur ki, hakimiyyət nümayəndələri Asatryanı “keçmişlərin” təqib etdiyi şəxs kimi təqdim edir və onu hər cür himayə edərək yaxınlaşan proseslərə daxil etməyə çalışırlar.“Məhz o, Erməni Apostol Kilsəsinin sərt birliyini pozan və dini lideri tənqid edən yeganə ruhani hesab olunur”, — deyə materialda bildirilir.Xatırladaq ki, Ermənistan rəhbərliyi ilə kilsə arasındakı münaqişə geriyədönüşü mümkün olmayan mübarizəyə çevrilir. Artıq tərəflər arasında qarşılıqlı ittihamlar, təhqirlər bütün əndazələri keçib. Baş nazir Nikol Paşinyan faktiki olaraq hər açıqlamalarında bütün ermənilərin katolikosu İkinci Qareginin istefasına çağırış edir, qarşı tərəf də onu təslimçilikdə ittiham edir.

 

Hakimiyyətə yaxın mediada yayılan son xəbərlərdə katolikosun tezliklə istefa verəcəyi vurğulanıb.

Məlumatda Qareginin başqa çıxış yolunun olmadığı, Nikol Paşinyana təslim olmaq məcburiyyətində olduğu vurğulanır. Lakin kilsə də bu çağırış və ittihamların qarşısında sakit durmaq, ittihamları cavabsız qoymaq fikrində deyil.Qarşıdurma fonunda “əbədi və əzəli müttəfiqi” erməni lobbisinə müraciət edib. Onlarla İrəvanda görüş keçirib. Erməni mediası II Qareginin Eçmiadzində (Üçkilsə) Amerika Erməni Assambleyasının (AAA) həmsədri Oskar Tatosyanı, keçmiş həmsədr Entoni Barsamyanı və icraçı direktor Brayan Ardunu qəbul etdiyini yazıb. Yaxınlarda digər ölkələrdən də diaspora ilə də analoji görüşlərin olacağı gözlənilir. İki gün öncə isə Qaregin Vatikana yola düşüb. Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
1
bizim.media

2Sources