EN

Yerinə yetirilməyən məhkəmə qərarı məhz o sistemlə bağlıdır - Komitə sədri

“Bank sistemimiz bu faizlərlə və şərtlərlə çalışır, yəni əmlak, girov və maaş təminatı olmayan kreditlər verir. 340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz o sistemlə bağlıdır”.

Azreform.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən komitə iclasında bildirib.

“Bank sistemi bu cür yerinə yetirilməyən məhkəmə qərarı durumunu yaradır. Bu prosesə təsir edən ən güclü amil budur. Nə qədər ki, bu prosesin qarşısını kəsməmişik, onda hamımız telefondan asılı qalacağıq, kimlərdənsə xahiş edəcəyik ki, filan qərarlar yerinə yetirilsin və s.
Burada məhkəmə qərarı haqqında yeni yaradılacaq icra qurumunun hər hansı məsuliyyəti yoxdur. Onlar selektiv yanaşmırlar ki, bunu yerinə yetirməsinlər. Bank özü bilməli idi ki, bu vəsaiti verəndə o geri qayıtmayacaq. Çünki vətəndaşın durumunu bilirdi”, - deyə komitə sədri qeyd edib.

Mürtəza

Chosen
29
5
azreform.info

10Sources