EN

Azərbaycanda elektrik və hibrid avtomobillərinə güzəştlərin müddətinin uzadılması təklif edilir

Azərbaycanda elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir.

Bunu deputat Azər Badamov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Müvafiq qurumlarla müzakirə edib, məqsədə uyğun olarsa həmin güzəştlərin müddətinin uzadılmasını təklif edirəm”, – deyə o qeyd edib.

Deputat həmçinin sadələşdirilmiş vergi limitlərin artırılması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsini təklif edib.

Chosen
29
8
banker.az

10Sources