İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 6 nəfər ölüb.
Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Bu gün səhər saatlarında Əhvaz şəhərinin Pərdis rayonunda dörd mənzilli yaşayış binasında qazın partlaması nəticəsində 6 nəfər həlak olub”, - deyə məlumatda bildirilir.
O da qeyd olunub ki, partlayış nəticəsində bina tamamilə dağılıb.
Nurlana ƏhmədovaMissiya.Az