EN

Paşinyan katolikosun yerinə onu gətirir

Ermənistan Baş naziri Paşinyan özünün də təşəbbüskarı olduğu bütün ermənilərin katolikosu seçkilərində Ovannavank monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləməyi qərara alıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.
Nəşrin yazdığına görə, hakimiyyət nümayəndələri Asatryanı “sabiqlər” tərəfindən təqib olunan şəxs adlandırır və onu hər cür himayə edir, qarşıdakı proseslərə daxil etməyi planlaşdırırlar.
“O yeganə ruhanidir ki, Ermənistan Apostol Müqəddəs Kilsəsinin sərt birliyini pozur və dini lideri tənqid edir”,- qəzet yazır.

Araqatsotn yepiskopluğu əvvəllər keşiş Aram Asatryanı vaftiz mərasimini düzgün yerinə yetirməməkdə günahlandırmış və ona qarşı intizam tədbiri görmüşdü. Yepiskopluq bildirib ki, Asatryan qərarla razılaşmışdı, lakin sonradan sosial şəbəkələrdə kilsəni tənqid etməyə başladı.

Paşinyan isə kilsənin vəziyyəti ilə bağlı vacib məsələləri qaldıran keşişi və digər dini xadimlərini dəstəkləməyə hazır olduğunu bildirib.

Chosen
16
9
sherg.az

10Sources