EN

Pezeşkianın Ərdoğanla səmimi görüşü onları dəli etdi

Qətərin paytaxtı Dohada keçirilən sammitdə İran Prezidenti Məsud Pezeşkianla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi görüşü İranın bir neçə aparıcı media orqanının tənqidi ilə qarşılaşıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı İranın “Tabnak”, “Məşreq nyus”, “Dünyayi-iqtisad” və başqa bir neçə nəşrində material dərc olunub.

Bu media qurumları Məsud Pezeşkianın Ərdoğanla səmimi rəftarını İran prezidentinin “zəiflik əlaməti” hesab edərək, onu hədəfə alıblar.

Bununla yanaşı Məsud Pezeşkianın siyasi rəqiblərinə mənsub sosial media kanallarında da oxşar ittihamlar səsləndirilib, Pezeşkianın Ərdoğana qarşı münasibətinin hər ikisinin türk olması ilə əlaqəli olduğu vurğulanıb.

Qeyd edək ki, Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də səmimi görüşü adı çəkilən media qurumlarının qeyri-normal reaksiyasına səbəb olmuşdu.

Chosen
5
6
konkret.az

7Sources