EN

"Les Echos": Fransadan başqa, Aİ ölkələri İsrailə qarşı tədbirləri dəstəkləməyə hazırdır

Fransadan başqa, Belçika, İrlandiya və İspaniya İsrail ordusunun Qəzza zolağında keçirdiyi hərbi əməliyyatla əlaqədar İsrailə qarşı məhdudiyyətlərin tətbiqini dəstəkləməyə hazırdır. 

Bakıvaxtı.az "Les Echos" qəzetinə istinadən xəbər verir ki, Aİ ilə İsrail arasında sazişlərə yenidən baxılması üçün ən azı 15 üzv ölkənin dəstəyi tələb olunur. 

Nəşrin yazdığına görə, bu məsələdə Almaniyanın mövqeyi həlledici olacaq və bunun üçün İsraillə münasibətlər tarixi cəhətdən həssas məsələdir.

Avropa Komissiyasının (AK) sözçüsü Paula Pinho bildirib ki, sentyabrın 17-də Aİ ölkənin Qəzza zolağındakı hərəkətləri ilə əlaqədar İsrailə qarşı tədbirlər kompleksi təklif edəcək. 

Gülşən Şərif

Chosen
43
1
bakivaxti.az

2Sources