EN

"Fiziki şəxslərin gəlirlərinə vergi elə təbiq edilməlidir ki, “kölgə iqtisadiyyatı”na qayıdışı stimullaşdırmasın"

Azərbaycanda fiziki şəxslərin gəlirlərinə vergi elə təbiq edilməlidir ki, “kölgə iqtisadiyyatı”na qayıdışı stimullaşdırmasın.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

O xatırladıb ki, bu ilin sonunda fiziki şəxslərin gəlir vergisi üçün müəyyənlədirilmiş güzəştin müddəti başa çatır.

“7 ildir ki, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlirinə güzəştlər tətbiq edilir. Kifayət qədər fundamental dəstək idi. Xüsusilə özəl sektrun inkişafına, o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaradıb, eyni zamanda özünü əmək müqavilələrinin sayında da göstərib. Təklif edirəm ki, növbəti dövrdə fizki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər hazırlansın ki, bu yenidən “kölgə iqtisadiyyatı”na qayıdışı stimullaşdırmasın. Məqsədə uyğun olardı ki, güzəştin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin və mərhələli şəkildə vergi dərəcələrinin artırlması həyata keçirilsin. Nisbətən aşağı vergi dərəcəsinin müəyyənləşdirlməsi özəl sektor üçün ciddi yük yaratmaya bilər, bu da, nəticə etibarı ilə özəl sektorda məşğulluğun rəsmiləşdirilməsinə, iqtisadiyyatın “ağardılması”na gətirib çıxaracaq”, – deyə deputat qeyd edib.

Chosen
24
30
banco.az

10Sources