EN

Həmin anlayışlar qanunvericiliklə müəyyənləşəcək

Yük göndərən, yük alan və daşıyıcı anlayışları qanunvericiliklə müəyyənləşib.

 Tribunainfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahbibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir.

Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı yük daşınması müqaviləsi əsasında və haqq müqabilində baqaj, yük və ya poçt daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır.

Daşıyıcılar yükün daşınması ilə bağlı sifarişlər daxil olduqda həmin sifarişlərin normativ hüquqi aktlara və daşıyıcıların müəyyən etdiyi tələblərə zidd olmaması şərtilə yük daşınması müqaviləsini bağlayırlar. Həmin müqavilənin imzalanmasına sifarişlərin daxil olduğu gündən etibarən ən geci 5 (beş) iş günü ərzində, tez xarab olan yüklərə münasibətdə isə 2 (iki) iş günü ərzində razılıq verilməli, eləcə də müqavilə imzalandıqdan sonra yük göndərənin müəyyən etdiyi yerdə və tarixdə daşınmanın həyata keçirilməsinə başlanılmalıdır.

Chosen
3
1
tribunainfo.az

2Sources