EN

Xəzər dənizi üzrə YSİQ-in növbəti iclası Azərbaycanda keçiriləcək

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) 12-ci iclası Azərbaycanda keçiriləcək.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) 12-ci iclası Azərbaycanda keçiriləcək.
YSİQ-in 11-ci iclası sentyabrın 15-17-də Aşqabadda baş tutub. İclasa Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri qatılıb, Türkmənistan nümayəndə heyətinin rəhbəri M.Atacanov sədrlik edib.Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin metodikasını müzakirə edib, əməkdaşlığın icmalı aparılıb və beştərəfli qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif səviyyələrdə tədbirlərə hazırlıq məsələlərini nəzərdən keçiriblər.

YSİQ-in növbəti iclası Azərbaycanda diplomatik kanallarla razılaşdırılacaq tarixdə təşkil olunacaq.

Chosen
38
1
metbuat.az

10Sources