EN

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun 12 ci iclası Azərbaycanda keçiriləcək

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) 12-ci iclası Azərbaycanda keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, YSİQ-in 11-ci iclası sentyabrın 15-17-də Aşqabadda keçirilib.

İclasda Azərbaycan (nümayəndə heyətinin rəhbəri - S.Şərifov), İran (nümayəndə heyətinin rəhbəri - K. Qarib Abadi), Qazaxıstan (nümayəndə heyətinin rəhbəri - Z.Amanjolova), Rusiya (nümayəndə heyətinin rəhbəri - N.Udoviçenko) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri - M.Atacanov) nümayəndə heyətləri iştirak edib.

İclasa Türkmənistan nümayəndə heyətinin rəhbəri M.Atacanov sədrlik edib.

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin metodikasının müzakirəsini davam etdiriblər. Tədbir zamanı Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub, beştərəfli qarşılıqlı fəaliyyət və müxtəlif səviyyələrdə tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.

Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər.

YSİQ-in növbəti iclası Azərbaycanda diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə keçiriləcək.

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
46
13
baku.ws

10Sources