EN

İran XİN: MAQATE ilə razılaşma dayandırıla bilər...

Beqai ölkəsinə qarşı düşmənçilik tədbirləri görüləcəyi halda MAQATE ilə ıməkdaşlığın dayandırılacağını bildirib...

Poliqon xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Beqai ölkəsinə qarşı düşmənçilik tədbirləri görüləcəyi halda, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə imzalanmış sazişin dayandırılacağını bəyan edib.

İsmayıl Beqai MAQATE-nin yalnız texniki vəzifələrini yerinə yetirməsində israrlı olduqlarını vurğulayıb: "Heç bir ölkə mahiyyəti dəyişdirilmiş bir razılaşmaya əməl etməyə İranı məcbur edə bilməz". O, "düşmən addımlar" dedikdə, xüsusilə Avropa ölkələri tərəfindən sanksiyaların bərpasının nəzərdə tutulduğunu bildirib.

ABŞ ilə birbaşa əlaqələrin olmadığını deyən rəsmi nümayəndə, tərəflərin mövqelərini çatdırmaq üçün vasitəçilərin olduğunu qeyd edib: "Amerika ilə birbaşa əlaqəmiz yoxdur. "Snapback" mexanizmi ilə bağlı danışıqlar davam edir".

Beqai həmçinin İranın Suriya ilə münasibətləri bərpa etməyə tələsmədiyini açıqlayıb. O, İranın Suriya xalqının dostu olduğunu və Suriyanın taleyinin orada yaşayan bütün xalqların hüquqları nəzərə alınmaqla müəyyən edilməli olduğu mövqeyində dayandığını vurğulayıb.

Poliqon.info

Chosen
53
poliqon.info

1Sources