"AZƏRBƏRPA ELMİ-TƏDQİQAT LAYİHƏ İNSTİTUTU" MMC “Şuşa Zəfər Muzeyinin layihələndirilməsi (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanması) və məzmunun hazırlanması işlərinin satın alınması” üzrə müqavilə imzalayıb.
Marja.az xəbər verir ki, müqavilə İtaliyanın "ArtCloud Network International s.c.r.l" şirkətilə bağlanıb.
Müqavilənin məbləği 1 milyon 11 min 110 manatdır.
İşin başlama tarixi 16.09.2025-ci il, bitmə tarixi 31.12.2025-ci ildir.