EN

Həyat yoldaşımın həbsxanada öldürüldüyünə dair sübutlar var Yuliya Navalnaya

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyalı müxalifət lideri Aleksey Navalnının dul arvadı Yuliya ərinin həbsxanada zəhərləndiyini iddia edib.

Bizimyol.info xəbər verir ki, o, sentyabrın 17-də bununla bağlı yazı dərc edib.

"Hələ 2024-cü ilin fevralında biz Alekseyin bioloji materialının nümunələrini təhlükəsiz şəkildə əldə edib xaricə daşıya bildik. Bir neçə ay əvvəl mən öyrəndim ki, nəticələr alınıb və iki ölkədəki iki laboratoriya müstəqil olaraq Alekseyin zəhərləndiyi qənaətinə gəlib", - deyə o bildirib.

Yuliya Navalnayanın sözlərinə görə, o, bundan sonra nə edəcəyini bilmir, çünki Rusiya vətəndaşı Rusiya ərazisində öldürülüb və bütün sübutlar oradadır.

"Qərb ölkələrinin cinayət işi başlamaq və ya təqib etmək üçün heç bir hüquqi əsası yoxdur. Siyasi mülahizələr də var. Bu məlumatların dərc edilməməsi üçün hər zaman bir çox səbəb var. Biz istəmirik ki, xoşagəlməz həqiqətlər yersiz bir anda üzə çıxsın. Ona görə də onun zəhərləndiyi dəqiq əlavə olunmuş zəhəri göstərən rəsmi nəticə əldə edə bilmirik", - deyə o qeyd edib.

Navalnaya ərinin zəhərlənməsi ilə bağlı aparılan araşdırmaların nəticələrinin açıqlanmasını tələb edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
bizimyol.info

1Sources