EN

Uçan maşınlar toqquşdular! - Bu, kütləvi istehsala təsir edəcəkmi?

Hurriyyet.az "Blumberq" agentliyinə istinadla xəbər verir ki, Çində uçan maşınlar toqquşublar.

Çinin Çançun şəhərində aviaşounun məşqi zamanı ölkənin "XPeng Motors" şirkətinin istehsalı olan 2 uçan maşın toqquşub. Mətbuatın məlumatına görə, elektrik aparatlarından biri şaquli uçuş zamanı havada alışıb, ikincisi isə uğurla yerə enib. Zərərçəkən yoxdur, insidentin səbəbləri araşdırılır.

"XPeng Motors" şirkəti 2026-cı ildə uçan avtomobillərin kütləvi istehsalına başlayacağını bəyan etmişdi.

Hürr Tərcüman

 

Chosen
50
1
hurriyyet.az

2Sources