EN

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin 88 faizdən çoxu hüquqi şəxslərin payına düşüb

Bakı, 17 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,6 faiz artaraq 4 milyard 887,8 milyon manat olub.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, qeyd olunan dövrdə hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 329,1 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 88,6 faizini təşkil edib.

 

Chosen
35
3
azertag.az

4Sources