EN

Paytaxt əhalisi bu il ərzağa 11 milyard xərcləyib

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu barədə AzVision.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir. Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 2 faiz artaraq 11 milyard 300,5 milyon manata, qeyri-ərzaq malları isə 7,2 faiz artaraq 9 milyard 189,2 milyon manat olub. Əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,3 faiz artıb. İstehlak məhsullarının 38,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb. Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
17
azvision.az

10Sources