EN

Azərbaycanda ƏDV boşluğu 2 dəfədən çox azalıb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda ƏDV boşluğu 2,5 dəfə azalıb.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-cü ilə dair illik hesabatını istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) üzrə əməl etmə boşluğu son illərdə əhəmiyyətli dərəcədə azalıb. Belə ki, 2018-ci ildə 20,72% təşkil edən göstərici 2024-cü ildə 8,14%-ə enib.

Qeyd edilib ki, ƏDV üzrə əməl etmə boşluğu hesablanmış potensial ƏDV ilə faktiki yığılan ƏDV daxilolmaları arasındakı fərqi ifadə edir. ƏDV boşluğunun azalması isə "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin güclənməsinin və şəffaf vergi inzibatçılığının nəticəsi kimi qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
6
apa.az

7Sources