EN

Bu qurumlar onlayn rejimə keçdi

Bu
Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində onlayn rejimdə fəaliyyət göstərəcək. 1news.az xəbər verir ki, Hökumət Evində yerləşən qurumlardan “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər.
Bildirilib ki, buna səbəb Formula 1 yarışları ilə əlaqədar ərazidə hərəkətin məhdudlaşdırılmasıdır. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşdiyindən sentyabrın 22-nə qədər binaya giriş qadağan olunub. Əməkdaşların da məhz həmin gündən işə qayıdacaqları qeyd olunub.

Qeyd edək ki, Hökumət Evində bir neçə dövlət qurumu - Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, ADSEA tabeliyindəki Regional Su Meliorasiya Xidməti fəaliyyət göstərir.

Chosen
41
28
1news.az

10Sources