EN

DİQQƏT! İpotekaya yararlı mənzillərin sayı azalır...

"Ümumi daşınmaz əmlak fondunun yalnız kiçik bir hissəsi ipoteka üçün yararlıdır. Fərdi evlər nadir hallarda ipoteka predmeti olur, daha çox isə çoxmənzilli binalar ipoteka üçün istifadə olunur. Bunun da əksəriyyəti yalnız yeni tikilmiş binalardır, köhnə fonddan isə yalnız 1970-ci illərdən sonra inşa olunmuş binalar ipotekaya yararlıdır və onların sayı çox deyil".

Bunu Demokrat.az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

O, bildirib ki, bəzi ərazilərdə həmin dövrdən sonra tikilmiş evlər ümumiyyətlə azlıq təşkil edir:

"Azərbaycanda ipoteka proqramı artıq 17-18 ildir ki, həyata keçirilir. Nəzərə almaq lazımdır ki, ipoteka ilə alınan əmlak adətən 20-25 il müddətində dövriyyədən çıxır. İlbəil artan ipoteka müraciətlərini nəzərə alsaq, vətəndaşlar görürlər ki, daşınmaz əmlakın qiyməti hər il 12-15 faiz artır".

Ekspert bildirib ki, ipoteka yalnız ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmayıb:

"Yüksək gəlirli vətəndaşlar da investisiya məqsədilə ipotekadan istifadə etməyə başlayıblar. Son illərdə bu kateqoriyadan olan şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu şəxslər ipoteka məbləğini tam götürürlər, məsələn, 150 min manat. Halbuki əvvəl yalnız kiçik məbləğlər, 50-100 min manat götürülürdü".

Onun sözlərinə görə, bunun nəticəsində bazarda daşınmaz əmlakın qiyməti ilbəil artır:

"Eyni zamanda, ipoteka üçün yararlı əmlakların sayı və çeşidi azalır".


Əfsanə Kamal
Demokrat.az
Chosen
9
demokrat.az

1Sources