"Artıq qarşıdakı oyunlara köklənməliyik".
Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç "Benfika" ilə oyundan sonra "CBC Sport"a açıqlamasında deyib.
O, qələbənin əhəmiyyətini belə ifadə edib:
"Bizim üçün yaxşı qarşılaşma oldu. Belə matçdan qalib ayrılmaq xüsusilə xoş hissdir. Duyğularımı sözlə ifadə edə bilmirəm. Çox güclü komandaya qarşı ağır görüş keçirdik. Artıq qarşıdakı oyunlara köklənməliyik".