EN

Bu vaxta kimi Rusiya aktivlərinə toxunulmayıb

Dondurulmuş Rusiya aktivlərinin yerləşdiyi Belçikanın “Euroclear” şirkəti bildirib ki, hazırda Avropa İttifaqından onların istifadəsi ilə bağlı konkret təkliflər almayıb.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl Araşdırmalar və Sosial İqtisadiyyat Mərkəzinin direktoru Aleksey Zubets Belçikanın dondurulmuş Rusiya vəsaitlərini ələ keçirməyə hazır olduğunu şərh edərkən bildirmişdi ki, Aİ potensial riskləri dərk edərək, Rusiya aktivlərinin müsadirə edilməsi məsələsində ehtiyatlı davranır.

Ekspertin fikrincə, Avropada NATO-nun əvvəlki kimi effektiv olmadığı və Rusiya ilə gərginliyin artacağı təqdirdə ABŞ-nin gözlənilən müdafiəni təmin edə bilməyəcəyi barədə anlayış artmaqdadır. Bundan əlavə, Aİ dərk edir ki, Rusiya aktivlərinin müsadirəsi ciddi iqtisadi nəticələrlə təhdid edir.

QAZİLER.AZ

Chosen
11
qaziler.az

1Sources