EN

Dünyanın ən hündür körpüsü açılır -1 saatlıq yol 90 saniyə çəkir

Çin 280 milyon dollar xərclədiyi dünyanın ən hündür körpüsünü açmağa hazırlaşır.

Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Quizhou şəhərindəki Huajiang Grand Kanyonu üzərində tikilmiş dünyanın ən hündür körpüsü sentyabrın sonunadək nəqliyyatın hərəkətinə başlayacaq.

Beipan çayı üzərində yerləşən nəhəng struktur kanyonun hündürlüyü 625 metr, uzunluğu isə 2890 metrdir.

Məlumata görə, tikintisi ötən ay tamamlanan körpü sınaqdan da keçirilib. Maraqlısı budur ki, körpüdə gediş-gəliş cəmi 90 saniyə çəkəcək. Əvvəllər bu 1 saata başa gəlirdi. 

Səlahiyyətlilər körpünün açılmasının bölgədə nəqliyyatı sürətləndirəcəyini və turizm gəlirlərini artıracağını proqnozlaşdırır.

Chosen
10
2
gundem.az

4Sources