EN

1 elektrik avtobusu "BakuBus"a yarım milyon manatdan çox başa gəlib

"Bakubus" MMC iri məbləğli satınalma həyata keçirib.

FED.az xəbər verir ki, tenderdə Bakı şəhəri üçün 160 ədəd elektrik avtobusu və onların şarj aparatlarının alınması nəzərdə tutulur.

Müqavilə məbləği 86 milyon 962 min 437 manat təşkil edir. Satınalma bir mənbə metodu ilə həyata keçirilib.

Müqavilə "Byd Auto Industry Co., Ltd" (VÖEN: 91440300791738553L) ilə bağlanıb.

Qeyd edək ki, bu şirkətlə bağlanan ilk satınalma müqaviləsidir. 

Beləliklə,  "BaluBus" bu şirkətə 1 avtobus üçün orta hesabla 543 min 515 manat ödəniş edib.

"Byd Auto Industry Co., Ltd" avtomobil istehsalı ilə məşğul olan Çin şirkətinin mənzil qərargahı Çinin Şençjen şəhərində yerləşir. Şirkət 1995-ci ildə qurulub. Şirkətin qurucusu Van Çuanfudur.

"BYD"nin hal-hazırda 4 istehsal mərkəzi var. Bunlar Şençjen, Sian, Şanxay və Pekin şəhərlərində yerləşir

Chosen
37
1
fed.az

2Sources