BAKI, 17 sentyabr. TELEQRAF
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Qırğızıstana rəsmi səfərə gəlib.
Teleqraf xəbər verir ki, yüksək vəzifəli qonağı Manas Beynəlxalq Hava Limanında Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev qarşılayıb.
Səfər çərçivəsində Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Qırğızıstan Prezidenti Sadır Japarov və Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyevlə görüşü nəzərdə tutulub.
Bundan əlavə, Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə Qırğızıstan-Türkiyə Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası, eləcə də Qırğızıstan-Türkiyə Biznes Forumu keçiriləcək.
Həmçinin sentyabrın 18-də Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşü keçiriləcək. Toplantıda digər üzv ölkələrlə yanaşı, Azərbaycan Baş naziri Əli Əsədov da iştirak edəcək.