EN

Düzgün qidalanmamaq nələrə səbəb olur?

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Payızda yorğunluq və soyuqdəymələrin səbəbi düzgün qidalanmamaqdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, düzgün və balanslı qidalanma mövsümi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

"Orqanizm üçün lazımlı vitaminlər, minerallar, zülallar və faydalı yağlar düzgün qəbul edilərsə, immunitet sistemi daha güclü olur və viruslara qarşı müqavimət artır".

Qastroentroloq qeyd edib ki, payızda düzgün qidalanma və vitaminlərlə zəngin təbii məhsulların istifadəsi yalnız immuniteti gücləndirmir, həm də mövsümi yorğunluğun, soyuqdəymələrin və vitamin çatışmazlığının qarşısını alır.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
bakivaxti.az

1Sources