EN

Gürcüstan Azərbaycana borcunu tam ödəyib

Gürcüstan uzun illər boyu Rusiya, Azərbaycan və Ermənistana olan borcunu tam ödəyib.

Bu barədə TASS Gürcüstanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, ölkənin xarici borcu ilə bağlı məlumatlar 2003-cü ildən etibarən mövcuddur və həmin ilin yekunlarına görə, Gürcüstanın ümumi dövlət borcu 1,56 mlrd. dollar olub, bunun da 156,9 mln. dolları Rusiyanın payına düşüb.

Bildirilir ki, cari ilin avqust ayının yekunlarına görə, Gürcüstanın ümumi dövlət borcu 9,09 mlrd. dollar olub, bu da aylıq müqayisədə 50 mln. dollar azalma deməkdir.

Chosen
20
9
aznews.az

10Sources