EN

İnsan hüquqları komitəsinin iclası keçirilib

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Sentyabrın 17-də  Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

İclası açan komitə sədri Zahid Oruc  yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

XQ xəbər verir ki, komitə sədri, əvvəlcə İnsan hüquqları komitəsinin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə  hesabatı təqdim edib.  Bildirilib ki, ötən sessiya ərzində 12 iclas keçirilib,16 məsələyə baxılıb, o cümlədən komitəyə vətəndaşlardan ümumilikdə 510 ərizə daxil olub.

 Daha sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Qeyd edilib ki, qarşıdan gələn sessiyada rəqəmsal və informasiya suverenliyi, həmçinin insan haqları mövzularına diqqət yetiriləcək, qanunvericilik  təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək.

Komitənin sədr müavini Arzuxan Əlizadə, üzvləri Mübariz Qurbanlı, Razi Nurullayev, Naqif Həmzəyev, Vüqar Rəhimzadə, Azər Allahverənov, Səyyad Aran, Sevil Mikayılova, Elman Nəsirov və Bəhruz Məhərrəmov müzakirələrdə iştirak edərək məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Tədbirdə komitənin üzvləri Tural Gəncəliyev, Mircəlil Qasımlı və digər rəsmi şəxslər iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
10
xalqqazeti.az

10Sources