"Lənkəran" klubu heyətini daha bir legionerlə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bölgə klubu Ehsan Şabanini heyətinə cəlb edib. 2 metr boya malik olan basketbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı Ehsanın son klubu "Naxçıvan" olub. O, eyni zamanda "Gəncə" və "Sumqayıt" klublarının da şərəfini qoruyub.

Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Hüseyin Əsgərli, Raşed Dyso,Teron Montqomery, Nmeso Nnebedum və Akit Çoudhari transferlərini həyata keçirib.