EN

Avropa İttifaqının genişlənməsi məsələləri üzrə Komissarı Azərbaycana gəlir

Sentyabrın 18-də Avropa İttifaqının genişlənməsi məsələləri üzrə Komissar Marta Kos Bakıda olacaq.

Səfər Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Bundan əlavə, Komissar Kos Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək. Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Xarici İşlər Naziri Ceyhun Bayramov və İqtisadiyyat Naziri Mikayıl Cabbarov ilə yüksək səviyyəli görüşlər keçirəcək.

Komissar həm də Ağdama səfər edəcək və orada minatəmizləmə fəaliyyəti ilə məşğul olan nümayəndələrlə görüşəcək.

Chosen
5
19
apa.az

10Sources