ain.az, Operativ MM portalına istinadən məlumat yayır.
NATO-nun Kiyevdəki baş nümayəndəsi Patrik Turnerin sözlərinə görə, PURL (Prioritized Ukraine Requirements List) proqramı çərçivəsində NATO ölkələrinin aldığı Amerika silahlarının Ukraynaya çatdırılmasına başlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"PURL proqramı üzrə dörd paketin pulu artıq ödənilib və silahlar artıq Ukraynaya gedir”, - o bildirib.
Sentyabrın 16-da "Reuters" mənbələrə istinadən məlumat yaymışdı ki, Tramp administrasiyası Avropa NATO ölkələri tərəfindən ödənilən Ukraynaya 500 milyon dollarlıq hərbi yardımın ilk iki göndərişini təsdiqləyib. Agentliyin məlumatına görə, silahlar ABŞ hərbi anbarlarından tədarük ediləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.