EN

Beynəlxalq Krım Platformasının V sammiti BMT qərargahında keçiriləcək

Beynəlxalq Krım Platformasının V sammiti bu il 24 sentyabrda BMT-nin Nyu-Yorkdakı qərargahında keçiriləcək.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün “X” platformasında bildirib.

Nazirin sözlərinə görə, sammitin BMT-nin yaradılmasının 80 illiyinə təsadüf etməsi, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sülhə beynəlxalq səviyyədə sadiqliyin təsdiqi olacaq.

“Sammit Rusiya təcavüzü və Ukrayna ərazisinin ilhaq cəhdləri kontekstində BMT Baş Assambleyasının Nizamnaməyə sadiq qaldığını bir daha təsdiqləyəcək. 2014-cü ildən bəri Assambleya Krımın Ukraynanın bir hissəsi olduğunu təsdiqləyən 20-dən çox qətnamə qəbul edib”, - Sibiqa qeyd edib.

O, həmçinin Ukrayna adından bütün sülhpərvər BMT-yə üzv dövlətləri sammitə qoşulmağa, BMT Nizamnaməsinin müdafiəsinə və Ukraynada ədalətli və dayanıqlı sülhün bərqərar olunmasına dəstək verməyə dəvət edib.

Chosen
17
apa.az

1Sources