Azərbaycanda 10 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.
Hafta.az bu barÉ™dÉ™ RÉ™qÉ™msal İnkiÅŸaf vÉ™ NÉ™qliyyat Nazirliyinin AzÉ™rbaycan Yerüstü NÉ™qliyyat AgentliyinÉ™ (AYNA) istinadÉ™n xÉ™bÉ™r verir.Â
MÉ™lumata É™sasÉ™n, Bakı-GÉ™ncÉ™, Bakı-Sınıq Körpü (Qazax SÉ™rhÉ™d-Keçid MÉ™ntÉ™qÉ™si), Bakı-Horadiz, Sumqayıt-KürdÉ™mir, Mingəçevir-AÄŸcabÉ™di, Şəki-GÉ™ncÉ™, BÉ™rdÉ™-GÉ™ncÉ™, LÉ™nkÉ™ran-Sumqayıt, BeylÉ™qan-GÉ™ncÉ™, elÉ™cÉ™ dÉ™ paytaxtın 71 nömrÉ™li ÅŸÉ™hÉ™rdaxili avtobus marÅŸrutları müsabiqÉ™yÉ™ çıxarılır.Â
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Sənədlər 16 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov – tel.: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Horadiz, Sumqayıt-Kürdəmir və Mingəçevir-Ağcabədi istiqamətlərində 5 lot üzrə noyabrın7-də;
Şəki-Gəncə, Bərdə-Gəncə, Lənkəran-Sumqayıt və Beyləqan-Gəncə istiqamətlərində, eləcə də paytaxtın 71 nömrəli ("Koroğlu" NMM - "Azadlıq prospekti" metrostansiyası) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda noyabrın 13-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.