EN

Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki dəyişir

Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir.

Missiya.Az bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən xəbər verir. 

Məlumata əsasən, 11 oktyabrdan etibarən qatar - Bakıdan Qəbələyə yalnız həftənin şənbə günü,  Qəbələdən Bakıya isə yalnız həftənin bazar günü yola düşəcək.

Biletlər və hərəkət cədvəli haqqında məlumatı (www.ady.az) saytımızdan, "ADY Mobile" tətbiqindən və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.

Chosen
56
29
missiya.az

10Sources