EN

Almaniyada pensiya islahatı qaçılmazdır - Kansler

Almaniyada pensiya islahatı qaçılmazdır.

Qaziler.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Almaniya parlamentinin saytında canlı yayımlanan Bundestaqda debat zamanı bildirib.

"Təqaüdlərə gəlincə, bu o deməkdir ki, nəsillər arasındakı müqaviləyə yenidən baxılmalıdır. Qarşımızda dövlətin sosial sahələrində islahatlar aparmaq vəzifəsi durur. Biz söz vermişik və sözümüzü yerinə yetirəcəyik ki, bu islahatlar mümkün qədər tez başlasın", - Almaniya kansleri bildirib.

Merts əlavə edib ki, gənc alman vətəndaşları azlıq statusuna görə əlavə yüklərə məruz qalmamalıdırlar. Eyni zamanda, kanslerin fikrincə, yaşlı nəslə onların layiq olduqları pensiyanı almaq imkanı yaradılmalıdır.

QAZİLER.AZ

Chosen
12
qaziler.az

1Sources