EN

Körpələr evində təhlükə: Kimlər məsuliyyət daşıyır?

"Körpələr evi hansı qurumun balansındadırsa, həmin qurumda əməyin mühafizəsi üzrə mühəndis, eləcə də təmir və tikinti üzrə məsul şəxslər məsuliyyət daşıyırlar". 

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev deyib.

O, bildirib ki, əgər bina qəzalı vəziyyətdədirsə və təmirə və ya əsaslı təmirə ehtiyac varsa, bu zaman əməyin mühafizəsi, tikinti və təsərrüfat sahəsinə cavabdeh şəxslər inzibati və ya intizam məsuliyyətinə cəlb oluna bilərlər:

"Çünki əməyin mühafizəsi üzrə mühəndislərin əsas vəzifəsi sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqdır. Onların öhdəliklərinə gənclərin və uşaqların yerləşdiyi binaların mütəmadi şəkildə yoxlanması da daxildir. 

Deməli, körpələr evi hansı qurumun tabeliyindədirsə, həmin qurum və ya oradakı mühəndis bu məsuliyyəti daşımalıdır. Əgər belə mühəndis yoxdursa, bu vəzifəni icra edən məsul şəxs yoxlamaları təmin etməlidir".

Qeyd edək ki, Bakıdakı 265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.


Əfsanə Kamal
Demokrat.az
Chosen
12
1
demokrat.az

2Sources