EN

“Qarşımızda elə bir klub var idi ki...” - Tahir Gözəl “Qarabağ”ın möhtəşəm qələbəsindən DANIŞDI

Xəbər verdiyimiz kimi, “Qarabağ” klubu ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb və Portuqaliya təmsilçisi “Benfika” ilə qarşılaşıb. Lissabonda keçirilən qarşılaşmada oyunun əvvəlində “Qarabağ” 0:2 hesabı ilə geri düşsə də, komanda sonadək mübarizə apararaq 3 möhtəşəm qolla tarixi geridönüş etdi – 3:2.

Bu nəticə ilə Azərbaycan futbolu Çempionlar Liqasının qrup mərhələsində ilk qələbəsini qeyd etmiş oldu.

Bu gün vətənə qalibiyyətlə dönən “Qarabağ”ın prezidenti Tahir Gözəl oyunla bağlı təəssüratlarını açıqlayıb:

“Bu böyük zəfəri xalqımıza gətirdiyimiz üçün fəxr və qürur hissi var. Böyük və tarixi zəfəri Qarabağın fatehi Ali Baş Komandan İlham Əliyevə həsr edirik. Azərbaycan gəncliyinə demək istəyirəm k, özünüzə inanın. Azərbaycanlı olmaq dünyanın ən gözəl hədiyyəsidir”.

Klub prezidenti əlavə edib ki, “Qarabağ”ın sistemi və uzun illərə söykənən təcrübəsi var:

“Bu qalibiyyət birlik və bərabərliyin nəticəsidir. Qarşımızda axırıncı 9 oyunda heç uduzmayan bir klub var idi. Büdcəsi bizdən xeyli üstün, bəlkə də 15 dəfə çoxdur. Möhtəşəm klubdur. Rəhbəri alicənab və futbol əfsanəsi olan bir adamdır. “Qarabağ” bu oyunla Azərbaycan futbolunun gücünü, möhkəmliyini Avropaya, dünyaya göstərdi. Bu, əlbəttə böyük bir fəxrdir. İçimizdə çox böyük bir qürur hissi var”.

Şahanə Rəhimli
Musavat.com

Chosen
8
musavat.com

1Sources