EN

İnternat məktəbində seks qalmaqalı: İstintaq DAVAM EDİR

Sankt-Peterburqda Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan qızlar üçün eksperimental internat məktəbində törədilən nalayiq hərəkətlərlə bağlı cinayət işi açılıb.

Publika.az xəbər verir ki, bu barədə "Fontanka" məlumat yayıb.

Məlumata görə, 61 yaşlı səs mühəndisi saxlanılıb və o, artıq törətdiyi əməli etiraf edib. Onun haqqında polis nəzarətinə götürülmə qərarı verilib.

Qeyd edək ki, yay aylarında polisə 2024-cü ilin noyabrında naməlum kişinin internat məktəbi binasının həyətində 14 yaşlı qızın intim yerlərinə toxunduğu haqda məlumat verilib.

Bildirilir ki, internat məktəbi Rusiya Təhsil Akademiyasının Ailə, Uşaq və Təhsilin Öyrənilməsi İnstitutunun eksperimental müəssisəsidir.

Chosen
26
publika.az

1Sources