"Lənkəran" basketbol klubu yeni oyunçu transfer edib.
Rekord.az xəbər verir ki, cənub təmsilçisi iranlı Ehsan Şabanini heyətinə qatıb.
200 sm boya malik basketbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
22 yaşlı Ehsanın son klubu "Naxçıvan" olub. O, eyni zamanda "Gəncə" və "Sumqayıt" klublarının da şərəfini qoruyub.
"Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Hüseyin Əsgərli, Raşed Dyso,Teron Montqomery, Nmeso Nnebedum və Akit Çoudhari transferlərini həyata keçirib.