Rusiya Ukraynaya dörd əsas istiqamətdən hücum edir: Sum, Pokrovsk, Novopavlovsk və Zaporojye.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşdə bildirib.
O qeyd edib ki, Rusiyanın Sum əməliyyatı uğursuz olub və ruslar böyük itki veriblər.
Zelenski həmçinin söyləyib ki, Ukrayna Rusiyaya qarşı bəzi əməliyyatlar keçirib, nəticələri çox yaxşı olub.